Azərbaycan idmançıları İrəvana gedirlər
17.03.2023 13:28 İdman Gündəm

Azərbaycan idmançıları İrəvana gedirlər

Azərbaycan ağır atletləri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcəklər.

MediaPost Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə  Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev məlumat verib.

Onun sözlərinə görə, yarışda iştirakı təsdiqləyiblər.

“Bəli, biz İrəvandakı yarışda təmsil olunacağıq. Artıq iştirakımızı təsdiqləmişik və bizim tərəfimizdən hər hansı problem yoxdur. Sadəcə, oradakı təhlükəsizlik tədbirləri və s. ilə bağlı qarşı tərəflə təmaslar olmalıdır. Bu təmaslar hələlik başlamayıb”, - deyə K.Məstəliyev bildirib.

Qeyd edək ki, Avropa çempionatı 15-23 aprel tarixlərində keçiriləcək.

Xəbərlər departamenti

Gündəm