Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb - FOTO
28.02.2020 14:10 Rəsmi

Azərbaycan-İran sərhədində səyyar hospitallar fəaliyyətə başlayıb - FOTO

"Report"un Muğan bürosunun məlumatına görə, İran İslam Respublikası ilə sərhəd-keçid məntəqələrindən Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitallar yaradılıb. Bu hospitallardan biri də Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində təşkil edilib.

Məlumata görə, ilkin müayinədən keçmiş və xəstəlik müəyyən olunmamış şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcəklər.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm