Azərbaycan kikboksçuları Misirə yola düşürlər: Qahirə stadionunda gərgin və maraqlı döyüş gözlənilir - FOTO
İyulun 11-də Azərbaycan və Misir kikboksçuları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yoldaşlıq döyüşləri baş tutacaq.
MediaPost xəbər verir ki, yarış Azərbaycanın Misirdəki səfirliyinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədbirə Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin rəhbərliyi altında, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, federasiyasının birinci vitse-prezidenti Ramal Aslanov, baş katib İlkin Məsimzadə, baş hakim Fəxrəddin Quliyev, məşqçilər Elşən Abdulrahmanov, Hakim Hacıyev, Telman Məhərrəmov, Fuad Zeynalov, Azərbaycan Kikboksinq Federasiyasının yığma heyətinin üzvləri Vüqar Məmmədov, Əsgər Rəhimov, Arzuman Qədimov, Qəşəm Məmmədov, Elşad Şahbazov, Elcan Alkişiyev, Bəhram Rəcəbzadə, Fatma Rəcəbzadə və Esmira Məmmədova qatılacaq.
Döyüşlər iyulun 11-də Misirin paytaxdı Qahirə şəhərində yerləşən Qahirə Beynəlxalq Stadionunda baş tutacaq.