“Azərbaycan mədəniyyətindən ötrü darıxmıram, çünki...”
08.08.2020 08:03 Şou-biznes Mədəniyyət

“Azərbaycan mədəniyyətindən ötrü darıxmıram, çünki...”

“Azərbaycan mədəniyyətindən ötrü darıxmıram, çünki ona uyğun yaşayıram. Bizim evdə Azərbaycan yeməkləri bişirilirdi: Bibimgil, əmimgil Azərbaycanda imiş kimi danışırdılar. Hər nə qədər əslən azərbaycanlı olsam da, ora ilk dəfə iki il öncə getmişəm. Yediyim yeməklər, oradakı insanlar mənə o qədər yaxın gəldi ki, bunu izah etmək çətindir”.

“MediaPost” xəbər verir ki, bu sözləri “Haber Global”da yayımlanan “Jülide Ateşle 40” verilişində əslən azərbaycanlı olan aktyor Tamer Karadağlı deyib.

“Çocuklar duymasın” serialının ulduzu “Azərbaycan üçün könüllü əsgər gedərsiniz” sualına isə belə cavab verib: “Bu yaşdan sonra məni əsgər aparmazlar. Əgər aparsaydılar, gedərdim. Çünki nə deyirik? – Tək millət, iki dövlət! Əgər belə düşünürüksə, lazımlı olan nədirsə, onu da yerinə yetirməliyik”

Aktyor müsahibəsi zamanı evlilikdən qorxduğunu açıqlayıb: “İki yad insanın eyni evin içində birlikdə yaşaması, məni qorxudurdu. Bu, çox çətindir. Bəlkə də, mən özümə güvənə bilmirəm. Bu, anamla atamın ayrılığı ilə bağlıdır, ya yox, onu da bilmirəm. Məcbur deyil ki, iki insan bir imza atıb ömrünün sonunadək eyni evin içində yaşasın. Bunu edənlər var. Amma mən edə bilməyənlərdənəm”.

T.Karadağlı eks-həyat yoldaşı Arzu Balkanı aldatması ilə bağlı sualları da cavablandırıb: “O zaman üzr istədiyim açıqlamanı təzyiq altında etmişdim. Mənim heç kimə verəcək hesabım yoxdur, sadəcə, bunu həyat yoldaşıma borcluyam. O məndən nəsə soruşa bilər. Başqaları həyatınıza qarışsa, onlara bu haqqı siz verəcəksiniz. Bu, düzgün deyil”.

img

Xəbərlər şöbəsi

Gündəm