Azərbaycan millisində siqaret çəkən futbolçunu “Qarabağ”ın qapıçısı əvəzləyib
21.01.2020 11:40 Futbol

Azərbaycan millisində siqaret çəkən futbolçunu “Qarabağ”ın qapıçısı əvəzləyib

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Qurban Məhərrəmov yığmaya çağırılıb.

Qapıçı yığmada yaranan qolkiper problemini həll etməlidir. Siqaret çəkdikləri üçün "Neftçi"nin qapıçısı Elnur Hüseynov və "Zaqatala"nın əlcək sahibi Vüsal Şabanov komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, Q.Məhərrəmov ötən mövsüm U-17 Liqasının ən yaxşı qapıçısı seçilib.

"

MediaPost"

Xəbərlər departamenti

Gündəm