Azərbaycan millisinin futbolçusu Almaniya klubundan qalmaqalla ayrılıb
11.01.2020 13:07 Futbol

Azərbaycan millisinin futbolçusu Almaniya klubundan qalmaqalla ayrılıb

"Report"un məlumatına görə, bu barədə klubun idman direktoru Malte Metselder açıqlama verib. O, 29 yaşlı hücumçunun davranışlarından narazı qalmalarını səbəb göstərib: "Bizə üzləşdiyimiz vəziyyətdə komandaya can-başla qulluq edən və 100 faiz sadiq olan oyunçular lazımdır. Təəssüf ki, Rüfət daha komandanın bir hissəsi olmaq istəmir və şəxsi ambisiyasını komanda yoldaşlarının məqsədlərindən önə çıxarıb. Son zamanlar o, bir daha klubumuzun formasını geyinmək istəmədiyini bizə dəfələrlə bildirirdi".

Dadaşov karyerasını ABŞ-ın II Liqasında çıxış edən "Feniks Rizinq"də davam etdirəcək. Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər.

Qeyd edək ki, "Pröyssen Munster" hazırda Almaniya III Liqasında 19-cu pillədədir. Rüfət Dadaşov 20 oyuna 6 qol vurub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm