Azərbaycan Misirdə 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur
26.01.2023 21:36 Mədəniyyət

Azərbaycan Misirdə 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə Azərbaycanın Misirdəki Səfirliyindən bildirilib.

MediaPost xəbər verir ki, fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli çıxış edərək sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, nümayiş etdirilən kitab və jurnallar təqdim edilib.

Xəbərlər departamenti

Gündəm