MN: “Erməni tərəfi yenə yalan məlumat yayır”
03.11.2020 09:15 Qarabağ Azərbaycandır

MN: “Erməni tərəfi yenə yalan məlumat yayır”

Bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

"MediaPost" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır", - məlumatda qeyd edilib.
 

Xəbərlər şöbəsi

Gündəm