Düşmən əzildiyi üçün yalan məlumat yaymaq məcburiyyətindədir - MN
04.11.2020 13:48 Hərbi

Düşmən əzildiyi üçün yalan məlumat yaymaq məcburiyyətindədir - MN

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır. 

"MediaPost" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir", - məlumatda qeyd edilib.

Xəbərlər şöbəsi

Gündəm