Azərbaycan nefti bahalaşdı
17.10.2020 10:44 Maliyyə

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın “Azeri Light” markalı nefti bahalaşıb. 

"MediaPost" xəbər verir ki, "Azeri LT CIF" markalı xam neftin qiyməti dünya bazarlarında 0,55 dollar və ya 1,3% artaraq 42,45 dollara yüksəlib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Rahim Tarıverdiyev

Gündəm