Azərbaycan nefti 43 dolları ötüb
11.11.2020 10:33 Energetika

Azərbaycan nefti 43 dolları ötüb

Dünya bazarında Azərbaycan nefti bahalaşmaqda davam edir.

"MediaPost" xəbər verir ki, "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,39 ABŞ dolları, yaxud 0,91% artaraq 43,32  ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbərlər departamenti

Gündəm