Azərbaycan nefti 45 dollara yaxınlaşıb
12.11.2020 10:28 Energetika

Azərbaycan nefti 45 dollara yaxınlaşıb

Azərbaycan nefti bahalaşmaqda davam edir.

"MediaPost" xəbər verir ki, "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,45 ABŞ dolları, yaxud 3,35% artaraq 44,77 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbərlər departamenti

Gündəm