Azərbaycan nefti ucuzlaşıb
24.11.2022 12:06 Gündəm İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

MediaPost xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 4,31 ABŞ dolları və ya 4,73% azalaraq, 86,78 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Xəbərlər departamenti

Gündəm