Azərbaycan nefti 82 dollara qədər ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,81 ABŞ dolları, yaxud 4,44 % azalaraq 82 ABŞ dolları təşkil edib.
Bu barədə MediaPost-a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 77,52 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.