Azərbaycan nefti yenidən 40 dolları ötüb
05.11.2020 10:37 Energetika

Azərbaycan nefti yenidən 40 dolları ötüb

Ötən gün Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 3,74% və ya 1,47 dollar artaraq 40,78 dollara satılıb.

“MediaPost” xəbər verir ki, “Azeri Light” markalı neftin qiyməti “Brent” markalı neftin yanvar fyuçerslərinin qiymətindən 1,1%ucuz, ABŞ-ın WTI neftinin dekabr fyuçers qiymətindən isə 4,16% baha satılıb.

Xəbərlər departamenti

Gündəm