Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,80 ABŞ dolları, yaxud 1,82 % artaraq 100,53 ABŞ dolları təşkil edib.
MediaPost xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 94,59 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.