Azərbaycan neftinin qiyməti “komfort” zonadadır
Azərbaycanın "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,04 ABŞ dolları, yaxud 0,06% artıb.
“MediaPost” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,20 ABŞ dolları təşkil edib.
Məlumat üçün bildirək ki, 2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub. Bu, neftin 2019-cu ildəki büdcə qiyməti ilə müqayisədə 5 dollar azdır.