"Azərbaycan Ordusu atəşkəsi pozmayıb" - <span>RƏSMİ</span>
13.01.2021 17:42 Qarabağ Azərbaycandır

"Azərbaycan Ordusu atəşkəsi pozmayıb" - RƏSMİ

Müdafiə Nazirliyi bu gün erməni KİV-ində yayılmış Azərbaycan Silahlı Qüvvələrinin atəşkəsi pozması və nəticədə erməni əsgərinin yaralanması barədə məlumatı qətiyyətlə təkzib edir.

Bunu "MediaPost"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da əldə olunan üçtərəfli razılaşmaya sadiqdir:

"Azərbaycan Ordusu atəşkəsi heç bir halda pozmayıb".

Xəbərlər şöbəsi

Gündəm