Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır - MN
08.11.2020 15:52 Qarabağ Azərbaycandır

Azərbaycan Ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır - MN

Ermənistan tərəfinin cəbhənin Xocavənd (keçmiş Martuni) istiqamətində guya irəlilədikləri və Azərbaycana məxsus döyüş təyyarəsini vurduqları barədə yayılan məlumat tamamilə yalandır və daxili auditoriyaya hesablanmış dezinformasiyadır.

"MediaPost" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Tam əksinə, Azərbaycan Ordusunun bölmələri qazandıqları taktiki üstünlüyü saxlamaqla bu istiqamətdə hücumu daha da genişləndirir",- rəsmi məlumatda bildirilib.

Xəbərlər şöbəsi

Gündəm