Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO
21.09.2020 15:22 Hərbi

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

"MediaPost" APA-ya istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib. Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. 

 

Xəbərlər şöbəsi

Gündəm