Azərbaycan Ordusunun tabor komandirlərinin toplantısı keçirilir
13.01.2020 09:02 Hərbi

Azərbaycan Ordusunun tabor komandirlərinin toplantısı keçirilir

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, toplantıda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.

Xəbərlər departamenti

Gündəm