"Azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir" - Azərbaycan Prezidenti
26.05.2023 10:50 Xarici siyasət Gündəm

"Azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir" - Azərbaycan Prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb.

MediaPost xəbər verir ki, müraciəti Azərbaycan Prezidentinin adından Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Prezident müraciətində bildirib ki, konfransın mövzusu Azərbaycan və bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir: "Ermənistanın 30 ilə yaxın işğalı nəticəsində Azərbaycan bu gün minalarla ən çox çirklənən ölkələr arasındadır".

Azərbaycan Prezidentinin müraciətində qeyd edilib ki, azad olunmuş torpaqların minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir.

Xəbərlər departamenti

Gündəm