Azərbaycan Prezidenti iranlı həmkarını təbrik etdi
10.02.2020 15:35 Rəsmi

Azərbaycan Prezidenti iranlı həmkarını təbrik etdi

"MediaPost" xəbər verir ki, dövlətimizin başçısı tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. “Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev Prezident Həsən Ruhaniyə cansağlığı, işlərində uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyib.

Xəbərlər departamenti

Gündəm