Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib
27.12.2019 08:28 Rəsmi

Azərbaycan Prezidenti qazaxıstanlı həmkarına başsağlığı verib

"MediaPost" xəbər verir ki, məktubda dövlətimizin başçısı Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Xəbərlər departamenti

Gündəm