Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi
06.02.2020 13:28 Rəsmi

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

"MediaPost" xəbər verir ki, dövlət başçısı Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Xəbərlər departamenti

Gündəm