Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin növbəti görüşü keçiriləcək
26.02.2021 15:04 Siyasət

Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin növbəti görüşü keçiriləcək

"Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrliyi ilə işçi qrupun növbəti iclası fevralın 27-də keçiriləcək".

"MediaPost" "news.am”a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupun üçüncü iclasının 27 fevral tarixində Moskvada keçirilməsi planlaşdırılır. Bu anadək bütün tərəflər iştiraklarını təsdiqləyib”, - deyə Overçuk qeyd edib.

Xəbərlər şöbəsi

Gündəm