Azərbaycan səfiri və ICESCO rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
04.11.2020 17:10 Cəmiyyət

Azərbaycan səfiri və ICESCO rəhbəri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim M. Əlmalik Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovu qəbul edib.

"MediaPost" xəbər verir ki, 2 noyabrda Rabatda keçirilən görüşdə səfir Əlmalikə Ermənistanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib və "ICESCO"nun Azərbaycana müxtəlif sahələrdə verdiyi dəstəyə görə təşəkkür edib.

Dr. Salim Əlmalik məscidlər və digər müqəddəs yerlər də daxil olmaqla bir çox tarixi irs obyektlərinə dəyən zərərdən dolayı narahatlığını dilə gətirib.

İclasda həmçinin "ICESCO" ilə Azərbaycan arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təşviq etməyin yollarına dair fikir mübadiləsi aparılıb.

Anara Mikail

Gündəm