Azərbaycan sərhədçisi şəhid olub
07.01.2020 15:42 Qarabağ Azərbaycandır

Azərbaycan sərhədçisi şəhid olub

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "MediaPost"a verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm