Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb
07.02.2023 11:01 Xarici siyasət

Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb.

MediaPost xəbər verir ki, bunu C.Hüseynzadə "twiter"də yazıb.

Tərəflər İrandakı Azərbaycan səfirliyinə hücumu müzakirə ediblər.

Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.

Xəbərlər departamenti

Gündəm