Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb
29.11.2022 15:52 Energetika

Azərbaycan və Əlcəzair neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalayıb

Azərbaycan və Əlcəzair arasında neft və qaz sahəsində əməkdaşlığa dair sənəd imzalanıb.

MediaPost xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.

Bildirilir ki, bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə məhsuldar görüşü keçirilib.

Nazir bildirib ki, Azərbaycan və Əlcəzairin dost münasibətləri enerji ilə möhkəmlənir.

Xatırladaq ki, P. Şahbazov dünən Əlcəzairə səfər edib. Səfər çərçivəsində nazir Əlcəzairin rəsmi şəxsləri ilə görüşüb, iki ölkənin enerji əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edib.

Xəbərlər departamenti

Gündəm