Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər
02.12.2019 08:57 Qarabağ Azərbaycandır

Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

"Report" TASS-a istinadən xəbər verir ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ATƏT-in Nazirlər görüşü çərçicvəsində baş tutacaq.

Qeyd edək ki, E.Məmmədyarovla Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.

Xəbərlər departamenti

Gündəm