Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub
05.01.2020 07:53 Siyasət

Azərbaycan və İranın XİN rəhbərləri arasında telefon danışığı olub

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “MediaPost”a verilən məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. E.Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına başsağlığı verib.

Xəbərlər departamenti

Gündəm