Azərbaycan və Latviyanın NATO-dakı nümayəndələri qarşılıqlı əməkdaşlığı müzakirə ediblər
21.11.2023 17:47 Siyasət

Azərbaycan və Latviyanın NATO-dakı nümayəndələri qarşılıqlı əməkdaşlığı müzakirə ediblər

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Latviyanın Alyansdakı səfiri və Latviyanın keçmiş xarici işlər naziri Maris Riekstiņslə görüşüb.

MediaPost xəbər verir ki, bu barədə C. Hüseynzadə “X”də yazıb.

Tərəflər NATO- Azərbaycan tərəfdaşlığını müzakirə ediblər.

Onlar, həmçinin Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi və regional məsələlər haqqında fikir mübadiləsi aparıb, NATO-nun fəaliyyəti ilə bağlı danışıblar.

Xəbərlər departamenti

Gündəm