Azərbaycan və Meksika arasında tələbə mübadiləsi aparılacaq
07.02.2020 20:35 Təhsil

Azərbaycan və Meksika arasında tələbə mübadiləsi aparılacaq

Bu barədə “Report”a səfirlikdən bildirilib.

Birgə layihələri müzakirə edən tərəflər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi baza kimi ötən il imzalanmış müvafiq anlaşma memorandumunu qeyd edərək bu sənəddə tələbə mübadiləsinin də nəzərdə tutulduğunu dilə gətiriblər.

Həmçinin ADA Universiteti ilə Americas – Puebla Universiteti (UDLAP) arasında əməkdaşlıq məsələlərini də müzakirə edən tərəflər qarşılıqlı olaraq tələbələr üçün yay tədris kurslarının təşkili ehtimalına dair fikir mübadiləsi aparıblar.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm