Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı oldu
07.06.2021 13:58 Siyasət

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı oldu

İyunun 7-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə "MediaPost"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikirərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xəbərlər departamenti

Gündəm