“Azərbaycan və Türkmənistan arasında memorandum imzalanmasına görə sevincliyik”
23.02.2021 15:43 Dünya Xarici siyasət

“Azərbaycan və Türkmənistan arasında memorandum imzalanmasına görə sevincliyik”

"Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə olaraq çox sevincliyik".

"MediaPost" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Xarici İşlər naziri Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, ölkəsi türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır.

Anara Mikail

Gündəm