Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrin adı açıqlanıb
20.12.2019 11:32 İqtisadiyyat

Azərbaycan vətəndaşlarının ən çox getdiyi ölkələrin adı açıqlanıb

Dövlət Statistika Komitəsindən Mediapost.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiyaya, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.

Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbərlər departamenti

Gündəm