Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyyəsi gecə ərzində davam edib
26.01.2020 06:58 Cəmiyyət

Azərbaycan vətəndaşlarının Türkiyədən təxliyyəsi gecə ərzində davam edib

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “MediaPost”a verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar.

Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan 1-cisi artıq Naxçıvana çatıb. 2-ci avtobus Naxçıvana çox yaxındır. 3-cü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Yerdə qalan 63 nəfər də 2 avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Prezidentin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.

Xəbərlər departamenti

Gündəm