Azərbaycan XİN Albaniyaya başsağlığı verib
Mediapost.az xəbər verir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.
"Albaniyada bu gün baş verən güclü zəlzələ ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq. Zəlzələ qurbanlarına və Albaniya xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", - deyə qeyd olunub.
Xatırladaq ki, Albaniyada baş verən 6.4 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb, 600 nəfərdən çox insan xəsarət alıb.