Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08.12.2019 12:17 Siyasət

Azərbaycan XİN Ukraynaya başsağlığı verib

Mediapost.az-ın məlumatına görə, Azərbaycan XİN bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: “Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Biz yanğında həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.

Xəbərlər departamenti

Gündəm