Azərbaycana dərman idxalı 63% artıb
25.02.2020 09:24 İqtisadiyyat

Azərbaycana dərman idxalı 63% artıb

“MediaPost” xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 30 milyon 252 min dollarlıq əczaçılıq malları idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 786 min manat və ya 63,8% çoxdur.

Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında ölkəyə 18 milyon 466 min dollarlıq əczaçılıq məhsulu ixrac olunmuşdu.


Xəbərlər departamenti

Gündəm