Azərbaycana gələn həkimlərlə bağlı məsələyə aydınlıq gətirilib
16.04.2020 11:06 Gündəm

Azərbaycana gələn həkimlərlə bağlı məsələyə aydınlıq gətirilib

"MediaPost"un məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəermə Birliyinin İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O, Türkiyədən Azərbaycana gələn həkimlərlə bağlı məsələyə aydınlıq gətirib: "Sahə koordinatorumuz Afaq Nəsibovanın rəhbərlik etdiyi qrup ölkəmizin bütün səhiyyə müəssisələrindəki resurslarımızı səfərbər edib. Bizim kifayət qədər mütəxəssislərimiz var. Təlimlər artıq həm onlayn rejimdə, həm də yerlərdə iki aya yaxındır ki, davam etdirilir. Bunun nəticələri də hamıya məlumdur. Sadəcə, bizim dövlət hesabına təhsil almış və vətəninə xidmət etməyə hazır olan həmvətənlərimizin gəlişi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyilə biz bu keyfiyyəti və miqyası daha da böyüdəcək və ən ağır ssenariyə hazırlıq planlarımızı gerçəkləşdirəcəyik".

Xəbərlər departamenti

Gündəm