Azərbaycana gətirilən hibrid avtomobillərin sayı açıqlanıb
15.04.2020 10:09 İqtisadiyyat

Azərbaycana gətirilən hibrid avtomobillərin sayı açıqlanıb

“MediaPost” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında ölkəyə ümumilikdə 15 492 ədəd avtomobil gətirilib ki, bu maşınların da cəmi qiyməti 169 milyon 634 min dollar olub.

Gətirilən avtomobillərin 1 566 ədədi hibrid (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) olub ki, bu maşınların da cəmi məbləği 8 milyon 716 min dollar təşkil edib. Bu göstərici yanvar-fevral ayları ilə müqayisədə say baxımından 293 ədəd çoxdur.

Bu ilin yanvar-mart aylarında ölkəyə yalnız elektriklə işləyən, ümumi dəyəri 153 min dollar olan 14 avtomobil gətirilib ki, bu da ötən ayla müqayisədə 5 ədəd çoxdur.

Xəbərlər departamenti

Gündəm