Azərbaycana gətirilən hibrid və elektrokarların qiyməti açıqlanıb
Bu ilin yanvar ayında Azərbaycana 7 elektrokar və 659 hibrid avtomobil gətirilib.
“MediaPost” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, gətirilən elektrokarların cəmi dəyəri 79.08 min, hibrid avtomobillərinin isə 3 510.49 min ABŞ dolları təşkil edib.
Ümumilikdə isə ölkəyə 2020-ci ilin yanvar ayında 5 906 ədəd avtomobil idxal olunub ki, bu maşınların da ümumi dəyəri 60 992.50 min dollar olub.