Azərbaycana Kolumbiyadan uruqvaylı futbolçu transfer olundu
21.09.2020 19:29 İdman

Azərbaycana Kolumbiyadan uruqvaylı futbolçu transfer olundu

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"MediaPost" Bakı klubunun rəsmi saytına istinadən xəbər verir ki, uruqvaylı qapıçı Alvaro Vilete bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

29 yaşlı qolkiper Kolumbiyanın “Patriotas” klubundan bir illik icarəyə götürülüb.

Alvaro Vilete son mövsümdə “Patriotas”ın heyətində səkkiz oyunda meydana çıxıb.

Xəbərlər departamenti

Gündəm