Azərbaycanda 10 siyasi partiyaya bir milyon manata yaxın vəsait ödənilib
29.04.2021 12:36 Maliyyə

Azərbaycanda 10 siyasi partiyaya bir milyon manata yaxın vəsait ödənilib

Azərbaycanda bu il dövlət büdcəsindən siyasi partiyalara növbəti dəfə vəsait ayrılıb.

Bu barədə "MediaPost"a Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2021-ci ilin II rübü üzrə 10 siyasi partiyaya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasına ümumilikdə 948,4 min manat məbləğində vəsait ödənilib.

Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” qanunun 17-1-ci maddəsinə uyğun aparılır.

Xəbərlər departamenti

Gündəm