Azərbaycanda 1162 nəfər koronavirusdan sağalıb
27.04.2020 14:03 Cəmiyyət

Azərbaycanda 1162 nəfər koronavirusdan sağalıb

Bu barədə "MediaPost"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1678 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1162 nəfər müalicə olunaraq sağalmış, 22 nəfər vəfat etmiş, 494 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbərlər departamenti

Gündəm