Azərbaycanda 2 aylıq şirkət ləğv olunur
21.09.2020 09:41 Sahibkarlıq

Azərbaycanda 2 aylıq şirkət ləğv olunur

Şəki şəhərində yerləşən “Mansur Suleymanov” MMC ləğv olunduğunu elan edib.

“MediaPost” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Şəki şəhəri, Niyazi küçəsi, ev 1, mənzil 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, MMC 30 iyul 2020-ci ildə yaradılıb və nizamnamə kapitalı 20 min AZN-dir. "Mansur Suleymanov" MMC-nin qanuni təmsilçisi isə Süleymanov Mənsur Oruc oğludur.

Könül Vəliyeva

Gündəm