Azərbaycanda 2030-cu ilə qədər ərzaq tullantılarının 50% azaldılması nəzərdə tutulub
24.01.2023 14:36 Aqrar

Azərbaycanda 2030-cu ilə qədər ərzaq tullantılarının 50% azaldılması nəzərdə tutulub

Azərbaycanda 2030-cu ilə qədər ərzaq tullantılarının 50% azaldılması nəzərdə tutulub.

MediaPost xəbər verir ki, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı deyib:
O bildirib ki, qida təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədilə “Ərzaq İtkisi və Tullantılarının Qarşısının Alınması, Azaldılması və Monitorinqi üzrə Azərbaycanın Milli Strategiyasına dair Çərçivə Sənədi (Strategiya)” eyni zamanda qida təchizatı zənciri boyu ərzaq itkilərini azaltmaq məqsədi daşıyır.

Leyla Cabbarlı qeyd edib ki, sənəd Mərkəzi Asiya üzrə Subregional Ofis ölkələrində ərzaq israfı və tullantısının azaldılması layihəsi çərçivəsində hazırlanıb.

Xəbərlər departamenti

Gündəm