Azərbaycanda 3 ayda 4 minə yaxın boşanma olub
13.04.2020 11:32 Cəmiyyət

Azərbaycanda 3 ayda 4 minə yaxın boşanma olub

2020-ci ilin boşanma və evlənmə statistikası açıqlanıb.

2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4 353, fevral ayında 4 027, mart ayında isə 3 931 nikah dövlət qeydiyyatına alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən "MediaPost"un sorğusuna cavab olaraq bildirilib.

Nazirliyin məlumatına görə 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında 1 493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Xəbərlər departamenti

Gündəm